İki təyyarə toqquşub: iki nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatında iki təyyarə toqquşub. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, olay iki mühərrikli “Cessna 340” və bir mühərrikli “Cessna 152” tipli təyyarənin hava limanına eniş edərkən havada toqquşması nəticəsində baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, “Cessna 340”da iki nəfər, tək mühərrikli “Cessna 152”də isə yalnız pilot olub.
Hava limanında təyyarələrin eniş və qalxışını istiqamətləndirmək üçün idarəetmə qülləsi olmayıb.