Almaniya Putinin qismən səfərbərlik elan etməsini pis və yanlış addım adlandırıb

Almaniyanın vitse-kansleri Robert Habek Rusiyada qismən səfərbərlik elan edilməsini vəziyyətin daha da gərginləşməsi baxımından pis və yanlış addım adlandırıb.

“Report” xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bunu qiymətləndirəcək və buna necə cavab verəcəyimizi müzakirə edəcəyik”, - o vurğulayıb.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.