Tehranda internet kəsilib - YENİLƏNİB

İranın paytaxtı Tehranda etiraz aksiyaları bu gün də davam edib.
APA-nın məlumatına görə, Tehranın Vəliəsr və Bulvare-Keşavərz prospektlərində etiraz aksiyasiyaları dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Paytaxt Tehranda internet kəsilib.
20:53
İranda “Instagram”a giriş məhdudlaşdırılıb.
Sosial media istifadəçilərinin yaydığı məlumatlara görə, hazırda İran “IP”-lərindən “Instagram”a daxil olmaq mümkün deyil.
Məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.
Mənbə: Azad İran