Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəkləri vaxt açıqlandı

Finlandiya və İsveç 2022-ci ilin dekabrında NATO-ya rəsmi üzv ola bilərlər.
Müvafiq proqnozu ABŞ-ın Helsinkidəki səfiri Duqlas Hikki deyib.
“Milad bayramına qədər Finlandiya və İsveç NATO-nun rəsmi üzvü ola bilərlər... Xüsusilə də Rusiya prezidentinin qismən səfərbərlik barədə göstərişindən sonra zaman həlledici əhəmiyyət kəsb edir... Vəziyyəti sabitləşdirmək üçün bunu etməliyik”, - diplomat bildirib.

Mənbə: Politico