Başında  topla dünyanı gəzir: Türkiyədə yaşadıqlarını dilə gətirdi

Təxminən 80 gün əvvəl Qətərdə keçirilən dünya çempionatını izləmək üçün velosipedi ilə yola çıxan meksikalı futbol məşqçisi Xuan Markes Nieto səyahəti zamanı başında gəzdirdiyi futbol topu ilə insanların diqqətini çəkir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Meksikada müxtəlif həvəskar futbol komandalarında məşqçilik edən, eyni zamanda fiziki və ruhi sağlamlıqla bağlı məşqlər edən 67 yaşlı Nieto təxminən bir ay əvvəl velosipedi ilə Türkiyəyə gəlib.

Futbolla bağlı kitabları da olan Nieto, gənclərə istəsələr arzularını reallaşdıra biləcəklərini və onların qarşısında heç bir maneənin olmadığını göstərmək üçün hava şəraitindən asılı olmayaraq turunu davam etdirir.

Təxminən 80 gündür yolda olan Nieto internet üzərindən hazırladığı xəritə ilə gündə 65 kilometr yol qət edərək, indiyə qədər 9 ölkəni gəzib. Nietonun növbəti dayanacağı Qətər olacaq.



 
Meksikalı səyyah Nieto Türkiyənin onda xoş təəssürat yaratdığını, türkləri çox sevdiyini və türklərin ona qarşı çox yardımçı olduqlarını bildirib.
Səyahət zamanı futbol topunu yanında saxlamayan, bəzən başında daşıdığı topla da səyahət edən Nieto, futbol topunun sülhün simvolu olduğunu ifadə edərək, “Topu başınızda saxlamaq, huzuru, sülhü başınızda saxlamaq kimidir. Balans əsas məqamdır. Məqsədlərimdən biri gənclərə arzularını reallaşdıra biləcəklərini öyrətməkdir. Çünki mənim gördüyüm iş şəxsidir. Bir xəyalı gerçəkləşdirin" deyə bildirib.


 
Nieto Türkiyə səfəri zamanı onunla çox yaxşı rəftar edildiyini və müxtəlif yerlərdə  ləzzətli yeməklərə dəvət edildiyini bildirib.

Turan