Bir zamanlar Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan, hətta onun xaç qızı olduğu iddia edilən rus televiziya aparıcısı və model Kseniya Sobçak ölkədən qaçıb.
"Sherg.az" xəbər verir ki, keçmişdə “Playboy” modeli olan Sobçak Rusiyanın Ukrayna işğalını tənqid edən adların başında yer alırdı. Son olaraq isə rus mediası bu tənqidlərin ardından polisin onun evinə basqın etməsini yazdı. Bundan sonra isə Sobçakın Rusiyadan qaçdığı bildirildi.
Qey edək ki 40 yaşındakı rus model axırıncı dəfə ölkəsində cəsusluq ittihamları ilə üz-üzə gəlmişdi. Sobçakın Moskvadan Belarusa qaçdığı oradan da Litvaya gedən təyyarəyə mindiyi iddia edilir.
Mənbə: Sözcü qazetesi