Pakistanın baş naziri üçüncü dəfə koronavirusa yoluxub

Pakistanın Baş naziri Şahbaz Şərif yenidən koronavirusa yoluxub.
Bu barədə Pakistanın informasiya və teleyayım naziri Meryem Auranqzeb “Twitter” səhifəsində məlumat verib.
“Son bir neçə gündə Şərif özünü yaxşı hiss etmirdi və COVID-19 üçün test verdi. Nəticə müsbət çıxdı”, - deyə Auranqzeb bildirib.
Şahbaz Şərif 2020-ci ilin iyununda və 2022-ci ilin yanvarında da koronavirusa yoluxmuşdu.
Mənbə: Anadolu Agentliyi