Ermənistandan Türkiyəyə: Dərindən kədərlənirik!

Ermənistan Xarici İşlər Nazirliyi Qartalqaya xizək kurortunda baş vermiş yanğınla bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında bildirilib.

“Biz onlarla insanın həyatına son qoyan faciəli yanğına görə dərindən kədərlənirik. Fikirlərimiz qurbanlar və onların ailələri ilədir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - məlumatda deyilir.

Qeyd edək ki, Türkiyədə xizək kurortundakı oteldə baş verən yanğında ölənlərin sayı 66-ya çatıb, 51 nəfər yaralanıb. Türkiyə lideri Ərdoğan 22 yanvarı matəm günü elan edib.