KİV: Böyük Britaniya Rusiya neftini alır

Britaniya hakimiyyəti Rusiyadan neft almağa davam edir.

APA xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.

Nəşr bildirib ki, hakimiyyətin Rusiyadan tədarükün dayandırılması ilə bağlı bəyanatlarına baxmayaraq, Böyük Britaniya bu ölkədən yanacaq alır.

Krallığın hökuməti bundan əvvəl iyun və iyul aylarında Rusiya neftini almadığını rəsmən bəyan etmişdi.