Türkiyə PA: "Terrorçular sosial mediada manipulyasiyaya cəhd edirlər"

“İstanbulda törədilən terror aktı və ya Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı yayılan dezinformasiyaları unutmaq olmaz”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O bildirib ki, qlobal silaha çevrilən dezinformasiyalarla mübarizə vacib şərtdir: “Terrorçular döyüş meydanında ordumuzla bacarmadıqlarına görə sosial mediada manipulyasiyaya cəhd edirlər”.