İtaliyada torpaq sürüşməsi olub, ölən var

İtaliyanın İskia adasında torpaq sürüşməsi olub.

APA xəbər verir ki, bu barədə “Sky TG24” məlumat yayıb.

Hadisə nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər itkin düşüb.

Xatırladaq ki, yağan leysan yağışdan sonra baş verən daşqın torpaq sürüşməsinə səbəb olub.

Ən azı 10 bina dağılıb.

İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib.

O, vəziyyəti çox ciddi adlandırıb.

Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

Eyni zamanda, baş nazirin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini daha əvvəl azı 8 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin dörd ərazisində - Kampaniya, Latsio, Molise və Siciliyada güclü yağış və tufan səbəbindən narıncı hava xəbərdarlığı elan edib.

Daha 11 bölgədə sarı səviyyə elan edib.