ABŞ-da küçə atışması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb


ABŞ-ın Corciya ştatında Atlantada atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “FOX-5 Atlanta” məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam saatlarında 17-ci küçə körpüsünün yaxınlığında baş verib.

Polisin məlumatına görə, atışma iki qrup gənc arasında münaqişə zamanı başlayıb. Bir nəfərin hadisə yerində öldüyü bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.