Qırğızıstan 2023-cü ildə MDB-yə sədrlik edəcək


2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

Trend xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin MDB-nin sədri kimi üzv dövlətlər arasında mehriban qonşuluq və etimadın möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcəyinə söz verib.

Bişkekin sədrliyi ilə bağlı qərar oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində qəbul edilib. Rusiya və Qazaxıstan həmsədr olacaqlar.