İranda həbs olunan azərbaycanlı həkim Təbriz zindanına köçürüldü - FOTO

Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı həkim Təbrizin mərkəzi zindanına köçürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, “Şühəda” xəstəxanasının ortoped rezidenti, doktor Rza Rzazadə dekabrın 7-də Təbriz Prokurorluğuna çağırılıb, sonra isə həbs edilib. O, ölkənin idarəçilik sistemini və rəhbəri təhqir etməkdə ittiham olunub.
Rza Rzazadənin dünən 7 saylı şöbənin prokuroru Hadi Qafuryanın əmri ilə Təbrizin mərkəzi həbsxanasına köçürüldüyü bildirilir.

Telegram Widget
Molla rejimi tərəfindən həbs olunan azərbaycanlı həkim Təbrizin mərkəzi zindanına köçürülüb

Dekabrın 7-dəTəbriz Prokurorluğuna çağırıldıqdan sonra həbs edilən "Şühəda" xəstəxanasının ortoped rezidenti dr. Rza Rzazadə ölkənin idarəçilik sistemini və rəhbəri təhqir etməkdə ittiham olunub. O, dünən 7 saylı şöbənin prokuroru Hadi Qafuryanın əmri ilə Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

#Təbriz #Güney_Azərbaycan #həbs #molla_rejimi #qeyri_insani #RezaRezazadePropari