Rusiya açıqladı: Əsgərlər telefondan istifadə etdiyinə görə raket hücumuna məruz qalıb


Yanvarın 1-də gecə yarısından az sonra Ukrayna işğal olunmuş Donets vilayətindəki Makiyevkada hərbi obyektə zərbə endirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Rusiya hərbçiləri bildiriblər ki, əsgərlərin  qadağan olunmuş telefonlardan istifadə etməsi qarşı tərəfə  öz hədəfinin yerini müəyyən etməyə imkan verir.

Hücumda ölənlərin sayı təsdiqlənməsə də, ən çox qeydə alınan ölüm sayı müharibədə Rusiya tərəfindən qeydə alınıb.

Ukrayna bu rəqəmin daha çox olduğunu iddia edərək, hücumda 400 əsgərin öldüyünü, 300-nün yaralandığını bildirir.


Rusiya tərəfindən verilən açıqlamada hadisə ilə bağlı komissiyanın yaradıldığı və hadisənin araşdırıldığı məlum olub.

Bununla belə, bildirilib ki, hücumun əsas səbəbi əsgərlərin qadağaya baxmayaraq, Ukrayna silahlarının əhatə dairəsində cib telefonlarından “intensiv istifadə”dir.

Açıqlamada istintaqda təqsirli bilinən vəzifəli şəxslərin məsuliyyətə cəlb ediləcəyi və gələcəkdə də belə halların təkrarlanmaması üçün addımların atıldığı bildirilib.

Turan