Ərdoğan: “Suriya rəhbəri ilə bir araya gələcəyik” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qərargahında keçirilən iclasda çıxış edib.
Ərdoğan nitqi zamanı Türkiyə-Suriya münasibətlərinə toxunub.
O, Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri ilə bərabər, kəşfiyyat rəhbərlərinin üçtərəfli görüşünün keçirildiyini xatırladıb.
Rəcəb Tayyib Ərdoğan fikrinin davamında vurğulayıb ki, növbəti mərhələdə Türkiyə, Rusiya və Suriyanın xarici işlər nazirləri görüşəcəklər.
“Daha sonra proseslərə uyğun olaraq liderlər bir araya gələcəklər. Dərdimiz bölgədəki sülhü təmin etməkdir”, - Türkiyə lideri vurğulayıb.