Ukrayna prezidenti Volodimir Zelenski ötən gün Rusiyanın atəşkəs çağırışına cavab verib.
"Sherg.az"ın xəbərinə görə, V.Zelenski iddia edib ki, Rusiya Ukrayna qüvvələrinin Donbasdakı irəliləyişini dayandırmaq üçün Milad bayramından istifadə etmək istəyir:
“Dünyada hamı Kremlin müharibəni yeni güclə davam etdirmək üçün savaşın möhlətindən necə yararlandığını bilir”.
Çıxışının bir hissəsində rus dilində danışan Zelenski Rusiya vətəndaşlarına müraciət edib. Ötən il noyabrın 15-i və dekabrın 12-də Rusiya hökumətinə “Sülh Formulu” təqdim etdiklərini, lakin bunu Kremlin qəbul etmədiyini vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Volodimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
Mənbə: NTV