Ukrayna Melitopolu vurdu: yaralılar var


Səhər saatlarında Melitopol şəhərində güclü partlayışlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov məlumat verib.

“Ən böyük partlayışlar şəhərin şimal hissəsində olub. Daha sonra ətraflı məlumat veriləcək”, - Roqov bildirib.

***

Ukrayna ordusu Melitopoldakı lokomotiv deposunu vurub.

Zərbənin HİMARS reaktiv yaylım atəş sistemləri vasitəsilə endirildiyi bildirilib.

Xeyli sayda yaralı var.