Qazaxıstan neft hasilatını azaldır

Qazaxıstan may ayından bu ilin sonuna qədər neft hasilatını gündəlik 78 min barel azaltmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Qazaxıstan digər OPEC+ ölkələri ilə birgə may ayından 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 78 min barel azaldacaq.