Zelenski: "Gələn həftə qələbəyə doğru ..."

Prezident Vladimir Zelenski Ukraynanın qələbəsi üçün gələn həftənin əhəmiyyətini qeyd edib.

Ukrayna lideri bildirib ki, artıq planlaşdırılan tədbirlərə hazırlıq gedir.

APA-nın məlumatına görə, o, bunu ukraynalılara bugünkü videomüraciətinin sonunda deyib.

“Gələn həftə müdafiəmiz, qələbəyə doğru hərəkətimiz üçün xüsusilə vacib olacaq. Biz artıq planlaşdırılan tədbirlərə və qərarlara hazırlaşırıq”, - deyə Zelenski vurğulayıb.