Finlandiya prezidenti NATO-ya üzv olacaqları tarixi açıqladı

Finlandiya Prezidentinin Ofisi respublikanın aprelin 4-də NATO-ya üzv olacağını açıqlayıb.
Bu məlumatı NATO-nun baş katibi Yens Stoltenberq də təsdiqləyib.
Respublikanın NATO-ya qəbulu üçün Brüsseldə sürətləndirilmiş hazırlıq işləri aparılır, son zəruri detallar dəqiqləşdirilir. Növbəti 24 saat ərzində hər şey qaydasında getsə, sabah rəsmi mərasim ərəfəsində Finlandiya bayrağı NATO-nun mənzil-qərargahı qarşısında qaldırıla bilər.
Qeyd edək ki, aprelin 4-ü NATO üçün əlamətdar gündür - məhz 1949-cu ilin bu günündə 12 ölkə qurumun yaradılmasını elan edib. 
Mənbə: Verdens Gang