Stoltenberq: “NATO qoşunları hələ Finlandiyaya girməyəcəklər” - FOTO


“NATO qoşunları hələ Finlandiyaya girməyəcəklər”.
Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki NATO-ya sorğu göndərməlidir.
“Bu, Finlandiyanın qərarı olacaq. Helsinkinin razılığı olmadan Finlandiyada NATO qoşunları olmayacaq”, - deyə təşkilatın baş katibi bildirib.
O həmçinin əlavə edib ki, Helsinki alyansa müasir hərbi sənaye və yüksək peşəkar ordu gətirəcək.
Xatırladaq ki, bir gün əvvəl Stoltenberq Finlandiyanın aprelin 4-də alyansa rəsmən qoşulacağını təsdiqləyib.