Bayden: “Putin NATO-nu parçalayacağını düşünürdü”

“Rusiya Prezidenti Vladimir Putin amansız müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü. O, səhv edirdi”.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden tvitter hesabında yazıb.

“Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək”, - Bayden sosial şəbəkə hesabında yazıb.

“Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm”, - ABŞ rəhbəri əlavə edib.

“Ən yeni müttəfiqimiz Finlandiya tərəfindən gücləndirilərək, Transatlantik təhlükəsizliyi qorumağa, NATO ərazisinin hər qarışını müdafiə etməyə və qarşılaşdığımız bütün çağırışlara cavab verməyə davam edəcəyik”, - Bayden fikirlərini yekunlaşdırıb.