Keçmiş prezident həbsdən qaçdı


Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Kober həbsxanasından qaçıb.

Bu barədə "Al Araby" agentliyi Tvitter hesabından məlumat yayıb.


Məlumata görə, həbsxananın yaxınlığında ordu hissələri ilə Çevik Hərəkət Qüvvələri arasında toqquşma olub.

Qeyd edək ki, 2019-cu ilin aprelində baş vermiş hərbi çevrilişdən sonra Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılıb. O, 30 ildən artıq dövlət başçısı vəzifəsində çalışıb. Çevriliş bütün ölkəni bürüyən etirazlar fonunda baş verib.