Ukrayna Rusiyaya qarşı müharibədə əlamətdar döyüşə yaxınlaşır

Rusiyaya qarşı müharibədə Ukrayna əlamətdar döyüşə yaxınlaşır.

APA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budanov qeyd edib ki, döyüşün başlama tarixi sirdir: “Biz istəsək də, istəməsək də, Ukraynanın müasir tarixi üçün əlamətdar olacaq döyüşə yaxınlaşırıq. Bu bir faktdır, bunu hamı qəbul edir. Nə vaxt başlayacağı isə sirdir”.