Kraldan məşhur ulduza gözlənilməz təklif

Bütün dünya mayın 6-da gerçəkləşəcək Kral III Çarlzın tacqoyma mərasimini səbirsizliklə gözləyir.

Axşam.az xəbər verir ki, həmin gün dünya şou-biznesinin ulduzları da bir araya gələcək. Dünyada taxda çıxmaq üçün ən uzun müddət gözləyən varis kimi tarixə düşən III Çarlzı həmin gün kral ailələləri tək qoymayacaq. 

Tədbirə dəvət alanlar arasında "Take That" qrupu, müğənni Lionel Riçie, tenor Andrea Boçelli, Qalli bas bariton Sir Bryrn Terfel, müğənni Aleksis Ffrenç yeni kral və kraliçanın şərəfinə keçiriləcək konsertdə səhnəyə çıxacaqlar.

Bunlarla yanaşı gecənin özəl qonağının da adı açıqlanıb. Belə ki, dünya ulduzu Keti Perri III Çarlzın dəvəti ilə səhnəyə çıxacaq. Müğənnilər konsertdəki çıxışlarına görə isə yüksək qonorar alacaqlar.

Konsertdən sonra Ketti bir gecə Vindzor qəsrində qalacaq. Bu təklif ona III Çarlz tərəfindən edilib.