Dmitri Peskovun oğlu "Vaqner"ə qoşulduğunu  açıqlayıb - FOTOLAR

Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Kremlə yaxın olan "Komsomolskaya Pravda" qəzetinə danışan 33 yaşlı Peskov "Bu mənim borcum idi. Dostlarım və başqaları ora gedəndə mən oturub seyr edə bilməzdim" deyib.


 
BBC-də yer alan məlumata görə, Peskov "Vaqner"ə qoşulmağın onun öz qərarı olduğunu, prosesi bilmədiyini və atasının ona kömək etdiyini bildirib.


 
Peskov qeyd edib ki, digər muzdlular özlərinin Kremllə əlaqələrini gizlətmək üçün saxta şəxsiyyətdən istifadə ediblər; O, Ukraynada hansı adla çağırıldığını açıqlamayıb, gələcəkdə bu addan istifadə etməli ola biləcəyini bildirib.


"Vaqner" Rusiyada “özəl hərbi şirkət” kimi təsvir edilir. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur.

Rusiyanın Ukraynada hərbi itkiləri artdıqdan sonra "Vaqne"rin son vaxtlar həbsxanalardan minlərlə məhkumu da sıralarına daxil etdiyi məlumdur.

Turan