İcarəyə verilən velosiped parkı genişləndirilir


Macarıstanın MOL neft-qaz şirkətinin dəstəyi ilə Budapeşt İctimai Nəqliyyat Mərkəzi (BKK) tərəfindən idarə olunan “MOL-BUBİ” şirkətinə 200 velosiped əlavə olunacaq. AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin mənzil-qərargahındakı mətbuat konfransında elan olunub.

Şirkət tərəfindən Macarıstan paytaxtının Şəhər parkı rayonunda üç yeni dok-stansiya açılır. Onlar parkın ərazisində yerləşəcək, xidmət parkın fəaliyyətinə nəzarət edən dövlət şirkətinin dəstəyi ilə göstəriləcək.

Mətbuat xidmətindən qeyd olunub ki, indi “MOL-BUBİ” sxemində xidmətin pandemiyadan sonra təkrar başlandığı 2021-ci ilin yazında olan 1200 ədəddən fərqli olaraq 2 260 velosiped var.

Bu il velosiped icarəsi sxeminin sərhədləri və ölçüsünün tədricən genişləndirilməsi planlaşdırılır. Təkrar işə salındıqdan sonra “MOL-BUBİ” xidmətindən 4,4 milyon dəfədən çox istifadə olunub.