Amerikalılar Aya enməyib? 

“Roskosmos”un sabiq rəhbəri sirri açdı

  Rusiyanın kosmik agentliyi “Roskosmos”un sabiq rəhbəri Dmitri Roqozin ABŞ astonavtlarının 1969-cu ildə “Apollon 11” heyəti ilə Ay planetinə endiklərindən şübhə etdiyini və bununla bağlı hələ də dəqiq sübutlar olmadığını bildirib. “NTV.com.tr” xəbər verir ki, D.Roqozin “Teleqram” kanalına açıqlamasında təxminən 10 il əvvəl, Rusiya hökumətində vəzifə daşıdığı illərdə fərdi qaydada araşdırmaya başladığını deyib. 

Roqozinin şübhələrinin əsasında nə dayanır? D.Roqozin deyib ki, Aya uçuş həyata keşçirib geri dönən sovet kosmonavtları çox yorğun, qayğılı görünürdülər. 

ABŞ-nin “Apollon 11” kosmik gəmisinin heyəti isə sanki heç nə olmamış kimi qayğısız idi. D.Roqozinin dediyinə görə, sovet rəhbərliyi hətta o zaman ABŞ-yə bununla bağlı dəlillər də göndərib. 

D.Roqozin dediklərinin sübutu olaraq sovet kosmonavtı Aleksey Leonovun amerikan kosmonavtı ilə danışığı və Ayda baş verənlər barədə ona dedikləri barədə yazdığı kitabı işarə edib. Sabiq rəhbər deyib ki, 2018-ci ildə vəzifəyə təyin edildikdə araşdırmalarına davam edib. Lakin ona hər hansı sübut təqdim olunmayıb. 

Hətta bir neçə alim onu “NASA ilə işbirliyini baltalamaqda” ittiham edib. Yüksək vəzifəli bir şəxs də onu telefonda danlayıb. 

D.Roqozin xatırladıb ki, “Apollon 11” sovet-amerikan kosmonavtlarının Aya birgə uçuşunu gerçəkləşdirən kosmik gəmi idi və məqsəd kosmosun guya ki, birgə öyrənilməsi olub. Bu uçuşdan öncə isə “Luna -2” sovet kosmik gəmisi Ay proqramında cığır açmışdı.