Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin İŞİD terror təşkilatı üzvlərinə qarşı keçirdiyi əməliyyatlarda 6 nəfər saxlanılıb. Həmin şəxslərin müxtəlif ölkələrdə terror aktları planlaşdırdıqları bildirilib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətindən verilən açıqlamada, Terrorla Mübarizə Mərkəzinin 4 fərqli yerdə eyni vaxtda əməliyyat keçirdiyi bildirilib.
“Saxlanılan şəxslərin terror təşkilatının nüfuzlu liderləri ilə əlaqəsi olduğu və bəzi ölkələrdə müxtəlif terror aktları planlaşdırdıqları müəyyən edilib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, istintaq nəticəsində terror təşkilatının simvolları, elektron məlumat daşıyan qurğular, döyüş sursatı, partlayıcı maddələr və istintaq üçün əhəmiyyətli olan müxtəlif dəlillər ələ keçirilib.
Mənbə: Hürriyət qazeti