Ay yerə enəcək

Dubayda 5 milyard dollarlıq layihə

  Birləşmiş Ərəb Əmirlikləri dünyanı heyrətləndirməkdə davam edir. "Bürc Xəlifə", "Bürc əl-Ərəb Resort", "Jumeirah" kimi bir çox nəhəng tikintilərə imza atan ölkə daha bir yeni, 5 milyard dollarlıq layihəni təqdim edib. 4 min otağı olacaq hotel tikməyi planlayır. 

30 metrlik bir binanın damına 274 metr hündürlüyündə “Ay” yerləşdiriləcək. “NTV.com.tr” xəbər verir ki, layihənin müəllifi kanadalı iş adamı Maykl Hendersondur. 

Hotel özünü Ay planetində yaşayır kimi hiss etmək istəyənlərə qapılarını açacaq. Layihə müəllifi zənn edir ki, hədsiz bahalı qiymətlərə sahib olacaq hotelə müştəri tapmaq çətin olmayacaq. 

Onun fikrincə, pandemiyanın inkişafdan ləngitdiyi dünya ölkələrinin vətəndaşları dincəlmək üçün ilk növbədə Dubaya üz tuturlar. Onlar əsasən varlı insanlardır və onlar üçün Ay hotelində qalmaq, gecələmək elə də böyük pullar demək deyil. 

Hoteldə eyni vaxtda 10 min insan qonaq qala biləcək və onlar özlərini Ay planetinə ayaq basan kimi hiss edəcəklər. Lakin Ay hoteli belə 828 metr hündürlükdəki Bürc Xəlifənin yanında kiçik qalacaq.