Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Georgian Airways” aviaşirkətinin direktoru Tamaz Gaiaşvili Gürcüstan prezidenti Zurabişvilinin şirkətin təyyarələri ilə səyahətinə qadağa qoyulduğunu bildirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, “Georgian Airways” Gürcüstan prezidenti Salome Zurabişvilinin aviaşirkətin Moskva ilə birbaşa uçuşlara başlamaq qərarını boykot etməsinə “uçuş” qadağası tətbiq etməklə reaksiya verib.
O açıqlamasında söyləyib:
"Hörmətli Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz də onu “persona non qrata” elan edirik və gürcü xalqından üzr istəməyincə təyyarələrə minməsinə icazə verməyəcəyik.
Qeyd edək ki aviaşirkətin direktoru Gürcüstan prezidentini tənqid edərək, Zurabişvilinin mövqeyini və hərəkətlərini “xəyanətkar” adlandırıb.
Mənbə: Haber Global