Danimarka Ukraynaya əlavə 2,4 milyard avro dəyərində hərbi yardım ayıracaq


Danimarkanın Baş naziri Mette Frederiksen, krallığın bu il və gələn il Ukraynaya hərbi yardım məqsədilə xərclərini 17,9 milyard kron (2,4 milyard avro) artırmaq planlarını açıqlayıb.

Mart ayında Danimarka 2023-cü ildə Ukraynaya hərbi, mülki və digər yardımlar üçün ümumi dəyəri 1 milyard avro olan xüsusi fond yaradıb.

APA xəbər verir ki, Mette Frederiksen Danimarka ictimai radiosuna müsahibəsində hökumətin bu il fonda daha 7,5 milyard kron (təxminən 1 milyard avro), gələn il isə 10,4 milyard kron (təxminən 1,39 milyard avro) ayırmağı planlaşdırdığını söyləyib.

Baş nazirin sözlərinə görə, ayrılan əlavə vəsait Ukraynaya hərbi yardım göstərmək üçün istifadə olunacaq.