İsrailə cavab verməkdən başqa yol yoxdur

BMT Təhlükəsizlik Şurası İsrailin hərəkətlərinə qarşı səsini çıxarmadığı üçün İsrailə cavab verməkdən başqa yolumuz yoxdur.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani bildirib.

O qeyd edib ki, TŞ tərəfindən tədbir görülmədiyi üçün İranın özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa variantı yoxdur.