Türkiyə şəhərində meşə yanğını baş verib

Türkiyədə meşə yanğınları durmadan artır.

Avqustun 7-də Çanaqqala vilayətinin Sazlı şəhərində baş verən yanğının görüntüləri yayılıb.

Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bölgədə güclü külək nəticəsində yanğın meşəyə keçib. Bir neçə hektar meşə sahəsi alovlara bürünüb.

Yanğının evlərə və hotellərə keçib-keçməməsi ilə bağlı hələlik məlumat verilməyib.