Sumqayıtda binada partlayış olub: Xəsarət alan var

Sumqayıtda yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, hadisə 1-ci mikrorayonda yerləşən binaların birindəki mənzildə qeydə alınıb.

Belə ki, mənzilin hamam otağındakı su qızdırıcısı partlayıb.

Hadisə zamanı mənzildəki Arzu Orucov xəsarət alıb. Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.