Şəmkirdə 36 yaşlı kişi bıçaqlanıb

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. 
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb. 
Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb. 
O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır.