Kaxovka SES-in dağıdılması ilə bağlı dəhşətli PROQNOZ

Kaxovka SES-in dağıdılması gələn il Ukraynanın cənubundakı tarlaların səhraya çevrilməsinə səbəb olacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Aqrar Siyasət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Kaxovka SES-in partladılması faktiki olaraq Xersonda suvarma sistemlərinin 94%-nin, Zaporojyedə 74%-nin və Dnepropetrovsk vilayətlərində 30%-nin susuz qalmasına səbəb olub.
Nazirlikdən bildirilib ki, ilkin hesablamalara görə, Xerson vilayətində su elektrik stansiyasının partlaması nəticəsində rayonun Sağ sahildə təxminən 10 min hektar, hazırda Rusiyanın nəzarəti altında olan Sol sahildə isə bundan bir neçə dəfə çox kənd təsərrüfatı sahəsinin su altında qalması ilə nəticələnib.
Eyni zamanda, Kaxovka su anbarının partladılması yalnız aqrar sahə və su istifadəçilərinə deyil, həm də yaşayış məntəqələrinin içməli su ilə təchizatında ciddi problemlər yaradıb. Qeyd olunub ki, bu hadisənin balıq sənayesi üçün də mənfi nəticələri olacaq.
Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, Kaxovka su anbarının partladılması nəticəsində dəyən ziyanın həcmini su tamamilə çəkildikdən sonra hesablamaq mümkün olacaq.
BMT baş katibinin sözlərinə görə, Kaxovka fəlakətinə görə ən azı16 min insan ukraylanlı evsiz qalıb.