“Asiya üzərinə çökəcək qara bulud”:  "Baba Vanqa"dan qorxulu proqnoz


Proqnozları doğru çıxdıqdan sonra tez-tez gündəmə gələn "Baba Vanqa"nın öngörmələri dünya mətbuatında manşet olub.

"Sherg.az"  "Milliyet.com.tr"yə istinadən xəbər verir ki, 1911-ci ildə Makedoniyada anadan olan Vangeliya Pandeva Dimitrova dünyada “Baba Vanqa” kimi tanınır. Ömrünün çox hissəsini Bolqarıstanda keçirən Vanqanın bitki həkimi olmaqla yanaşı, mistik gücə malik olduğu iddia edilir. "Baba Vanqa"nı tədqiq edən və araşdıran bir çox insanlar onun əvvəlldən bir sıra mühüm hadisələr gördüyünü deyirlər.

Bu hadisələrdən ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.

“New York Post” qəzetindəki günün xəbərləri arasında Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı proqnozları da yer alırdı. Sözügedən xəbər qısa zamanda saytın ən çox oxunan xəbəri olub.

Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini bildirən qəzet, Vanqanın “Asiya üzərinə çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Proqnoza görə, fövqəldövlətin istifadə edəcəyi silahla dünya həyatı təhlükə altına düşəcək.
Bu öngörmənin yenidən gündəmə gəlməsinə səbəb Ukraynada dağılmış Kaxovka bəndidir. Bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Suların nəzarətsiz dağılması ilə nüvə fəlakəti ehtimalı da artıb.

Turan