"Daha güclü Türkiyə üçün çox çalışacağıq" - TBMM sədri

"Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq".


Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş deyib.

O, parlamentin sədri seçiləndən sonra kürsüyə çıxaraq təşəkkür nitqi söyləyib.


"Birinci Məclisin yaranmasından və Cümhuriyyətimizin elan edilməsindən 100 il keçir. Türkiyə böyük qazanclar əldə edib. Biz millət olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. Türkiyə Əsri olaraq adlandırdığımız cümhuriyetimizin ikinci yüz ilində hamımız birləşəcəyik. Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu millət bizə fürsət verib. Bu fürsəti millətin dəstəyi ilə sona qədər çalışaraq göstərəcəyik. Daha güclü, daha böyük Türkiyə üçün çox çalışacağıq", - sədr deyib.