Rusiyada yaşayış binasına PUA düşüb, iki nəfər yaralanıb


Rusiyanın Voronej vilayətində PUA hücumu olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, dron Voronej vilayətinin Belinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb.

İlkin məlumatlara görə, PUA-nın partlaması nəticəsində iki nəfərin yaralandığı bildirilib.