Ukraynalı tankçılar Britaniyada təlimlərini başa çatdırıblar

Ukraynalı tankçılar Böyük Britaniyada təlimlərini başa vurublar.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

“Ukraynalı tank ekipajları Böyük Britaniyada təlimləri başa vurub və döyüşü davam etdirmək üçün evlərinə qayıdıblar”, - məlumatda deyilir.