ABŞ-da atışma olub, 6 nəfər yaralanıb


ABŞ-ın Texas ştatında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə yerli polis orqanı “Tvitter”-də paylaşım edib.

Hadisə 11 iyun gecə saat 02.11 radələrində Hyuston şəhərində “Tabu” gecə klubunun dayanacağında baş verib. Naməlum şəxs dayanacağı atəşə tutub. Nəticədə 6 nəfər yaralanıb, yaralılardan birinin durumu ağırdır.

Atəş açan şəxs hələlik saxlanılmayıb.

Araşdırma aparılır.