Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib

Türkiyənin İstanbul şəhərində qanunsuz yollarla əldə edilən tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan dörd nəfər saxlanılıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, jandarma tərəfindən təşkil edilən əməliyyat şübhəlilərin malları alıcılara satmaq üçün təyin ettikləri üç fərqli ünvanda keçirilib.

Məlumat üçün qeyd edək ki, əməliyyat nəticəsində ələ keçirilən Roma və Bizans dövrünə aid çoxlu sikkələr və ibranicə yazılmış 1 min 100 il bundan öncəyə aid olduğu təsbit edilən İncil ələ keçirilərək tarixi əsərlər İstanbul Əlyazmalar Başçılığına göndərilib.