Britaniya Müdafiə Nazirliyi: Rusiya Baxmutda 60 minə yaxın əsgər itirib


2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyin bildirir ki, Baxmut şəhərində Rusiya ələ keçirilən hər 48 santimetr əraziyə görə bir əsgərini itirib və ya yaralayıb.

Nazirliyin məlumatına görə, Rusiya Baxmutda 29 kilometr irəliləməyə nail olub.

Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü Sergey Çerevatı bildirib ki, Ukrayna hərbçiləri Baxmut istiqamətində irəliləyir. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya əsgərlərinin yenidən qruplaşmasından və yerdəyişməsindən istifadə edir.