Çeçen və azərbaycanlı “kriminal avtoritetlərin” Tbilisidə görüşdüyü iddia olunur


Çeçenistan prezidentinin ən yaxın çevrəsinin üzvü Aslambek Axmedxanovun bir müddət öncə Gürcüstanda hansı məqsədlə olması barədə ölkə mediyası məlumat yayıb.

24News.ge xəbər verir ki, "Mtavari Arxi" telekanalı bu barədə gizli mənbələrdən məlumat aldığını bildirir.

Mənbənim verdiyi məlumatda qeyd olunur ki, Əhmədxanovun Gürcüstana gəlişinin səbəbi “kriminal avtoritetlər”lə görüş olub.

Məlumata əsasən, görüşdə azərbaycanlı “qanuni oğru” “Lənkəranski” kimi tanınan Rövşən Canıyevin və çeçen “qanuni oğru” Xəmzətin ətrafının üzvləri olub.

Görüşün təfərrüatları məlum olmasa da, lakin məlumdur ki, tərəflər Tbilisinin mərkəzində, Ağmaşenebeli prospektində yerləşən “Nəsimi” restoranının ikinci mərtəbəsində görüşüblər. Sözügedən obyektin sahiblərinin isə çeçen olduğu bildirilir.

Mənbənin məlumatına görə, Əhmədxanov çeçen “qanuni oğru” Həmzət Qastamirovun tərəfini təmsil edib.

Bildirilir ki, azərbaycanlı “kriminal avtoritet” Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda öldürülüb. Onun ölümündən sonra bütün əmlakı isə çeçen “qanuni oğru” Şeyx Həmzətə keçib.