Suriyada PKK/YPG-nin sığınacağı dağıdılıb, 7 terrorçu zərərsizləşdirilib


Türkiyə ordusu Suriyada PKK/YPG qruplaşmasının sözdə qərargah adlanan obyektini dağıdıb, 7 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyə ordusu PKK/YPG-nin təşkil etdiyi hücumlara cavab verib.

Terrorçuların hücumu zamanı Türkiyə hərbçilərinə heç bir ziyan dəyməyib.

Terrorçuların hücumunun həyata keçirildiyi yerlər müəyyənləşib və dərhal Türkiyənin silahlı qüvvələri tərəfindən güclü əks zərbələr endirilib.