Türkiyə və Misirin xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər


Türkiyə və Misirin xarici işlər nazirləri Hakan Fidan və Samih Şükri arasında telefon danışığı olub.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Şükri Fidanı Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Nazirlər həmçinin ikitərəfli münasibətləri də müzakirə ediblər.