İlginc festival: “'Şeytan” körpələrin üstündən tullanır


İspaniyada "milli mədəni dəyər" kimi tanınan və 150 festivaldan biri olan “El Colacho” hər il iyun ayının ikinci həftəsində keçirilir. Festivala adını verən El Colacho adlı şeytan kostyumlu şəxs, onları xəstəliklərdən və şərdən qorunduğuna inanaraq, küçələrdə çarpayılardakı körpələrin üstündən tullanır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, festivalda “El Colacho” adlandırılan və tədbirə adını verən və geyindiyi rəngli kostyumla “şeytan” olduğuna inanılan şəxs taxdığı maska, əlindəki qamçı ilə kəndin küçələrində dolaşır.
Onu küçədə qara plaş geyinmiş qrup və nağara ifaçısı müşayiət edir.
Bütün gün davam edən bu tədbir dini mərasimlə, küçələrdə çarpayıların üzərinə qoyulan körpələrin onların üzərindən tullanması ilə başa çatır.
İlk dəfə 1621-ci ildə keçirilən festivalda küçədə uşaqları qovalayan “El Colacho”nun qamçı ilə hər vuruşunda uşaqları xəstəlikdən, pisliklərdən təmizlədiyi güman edilir.
Bütpərəst keçmişi olan, lakin bu gün İspaniyada keçirilən bir çox festival kimi Katolik Kilsəsinin qaydalarına uyğunlaşdırılan festivalda kənd keşişi körpələrə də xeyir-dua verir.
Festivalın təşkilində iştirak edən Simon Sanchez bunları deyib: "Bizim üçün xüsusi bir festivaldır. Bütün ili hazırlaşırıq. Bu tədbirlərdən çox razıyıq. Körpələr bura təkcə festival üçün gətirilmir. Bura təkcə kənddən deyil, həm də ətraf kəndlərdən, böyük şəhərlərdən, hətta Almaniya kimi müxtəlif ölkələrdən də gəlirlər".