Baydenlə Stoltenberqin görüşünün vaxtı dəyişdirilib

ABŞ prezidenti Co Baydenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında bazar ertəsi baş tutmalı olan görüş çərşənbə axşamı, iyunun 13-nə keçirilib.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Bayden-in NATO-nun baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüşü və ABŞ diplomatik missiyalarının rəhbərləri üçün Ağ Evdə keçiriləcək qəbul sabaha təyin edilib”, - deyə məlumatda bildirilir. Ağ Ev görüşün təxirə salınması üçün səbəb göstərməyib.